Əzizə Mustafazadə Vyanada “Honart” festivalı çərçivəsində çıxış edəcək
Hazırda Almaniyada yaşayıb-yaradan soydaşımız, istedadlı pianoçusu, bəstəkar-müğənni Əzizə Mustafazadə oktyabrın 2-də Vyanada "Honart" festivalı çərçivəsində solo konsert proqramı ilə çıxış edəcək. Vyana "Akzent" teatrında keçiriləcək konsertin təşkilatçısı "Candoo" musiqi agentliyidir. Əzizə Mustafazadənin növbəti konsert proqramları Frayburq, Ştraubinq (Almaniya) və Antalyada (Türkiyə) baş tutacaq.
Qeyd edək ki, builki "Honart" festivalı "Azərbaycanla dialoqda" şüarı altında keçirilir.