PDF Oxu

Mədəniyyət

  • 7

Dirijorların beynəlxalq müsabiqəsi sona yetib

Dirijorların beynəlxalq müsabiqəsi sona yetib
Rumıniya Mədəniyyət Nazirliyi, Krayova şəhər meriyası, Krayova Dövlət Opera Teatrı, Dövlət Filarmoniyası və "Krayova" dirijorlar assosiasiyasının təşkilatçılığı ilə Rumıniyanın Krayova şəhərində dirijorların beynəlxalq müsabiqəsi keçirilib. Müsabiqədə 15 ölkədən 32 dirijor iştirak edib. Münsiflər heyətinin yekdil qərarına əsasən, Azərbaycanı təmsil edən gənc dirijor, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev 1-ci yerə layiq görülüb. Əyyub Quliyevin qəzetimizə verdiyi məlumata əsasən, 2-ci yer ispaniyalı Martinez Orts ve Mariya Karbalyovaya, 3-cü yer isə polşalı Kazimir Dambrjovskiyə verilmişdir.
Müsabiqə 4 turdan ibarət olmuşdur. 1-ci turda iştirakçılar "Krayova virtuozlari" kamera orkestri, 2-ci turda Yelena Teodorini adına Dövlət Opera və Balet Teatrının solistləri, xoru və orkestri, 3 və 4-cü turlarda isə Dövlət Filarmoniyasının "Olteniya" orkestri ilə çıxış etmişlər.
Fransa, İtaliya, Rumıniya və Moldovanın tanınmış dirijor və mütəxəssislərindən təşkil olunmuş münsiflər heyətinə məşhur dirijor, professor Oktav Kalleya sədrlik edib.
Qeyd edək ki, bu, Rumıniyada dirijorluq üzrə keçirilən ilk beynəlxalq müsabiqədir.

Digər xəbərlər