Yaradıcı Ziyalılarının Forumu keçirilir
MDB üzv ölkələrinin elm və Yaradıcı Ziyalılarının Forumu Moldovanın paytaxtı Kişinyov şəhərində işə başlamışdır. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən forumun təşkilatçıları MDB-nin Humanitar Əməkdaşlıq Fondu və Moldova hökumətidir. Forumda MDB-yə üzv dövlətlərinin 450 nümayəndəsi iştirak edir. Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyinin geniş nümayəndə heyəti təmsil edir.
Azərbaycan nümayəndə heyəti Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana işi sektorunun müdiri Lətifə Məmmədova, Bəstəkarlar İttifaqının məsul katibi Lalə Hüseynova, Rus Dram Teatrının aktyoru İranə Tağızadə, "Qobustan" jurnalının baş redaktor müavini Maarif Soltan mədəni irs, kitabxana, arxiv işi, ədəbiyyat və kitab nəşri, teatr, musiqi və s. bölmələrin işində fəal iştirak edirlər.
Müzakirələrdə qloballaşma dövründə modernləşmə prosesləri, millətlərin milli ənənələrini nəzərə almaq və bununla da dirçəliş, tərəqqiyə nail olmaq, habelə, 2010-cu ilin MDB-də "Elm ili"nin elan edilməsi və s. məsələlər müzakirə olunur.