PDF Oxu

Mədəniyyət

  • 6

Qızıl Mimbər kinofestivalında Azərbaycan “Sovqat” filmi ilə təmsil olunub

Qızıl Mimbər kinofestivalında Azərbaycan “Sovqat” filmi ilə təmsil olunub
Beynəlxalq səviyyəli festivalların davamı olaraq Kazanda Kinoşok Beynəlxalq Film Festivalı keçirildi. Bir çox dövlətlərin iştirak edəcəyi festivalda ölkəmiz yeni filmlərlə təmsil olundu. Bir həftədən çox davam edən festivalda ABŞ, Fransa, Hollandiya, Meksika, İndoneziya, Malayziya, Hindistan, İran, Misir, Suriya, Qazaxıstan, Fələstin, İordaniya və başqa ölkələrin istehsalı olan filmlər nümayiş olundu. Artıq 5-ci ildir ki, Kazan şəhərində keçirilən Qızıl Mimbər Beynəlxalq Müsəlman Kinofestivalında Azərbaycan rejissoru Cavid Təvəkkülün "Sovqat" filmi ilə təmsil olundu. Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsindən verilən məlumata görə, Qızıl Mimbərdə yalnız son iki il ərzində istehsal olunan filmlər iştirak edib.
Qeyd edim ki, çəkilən yeni filmlərdən bəziləri festivala göndərilsə də, onlardan yalnız "Sovqat" filmi vəsiqə ala bilib. Festivalın müsabiqə proqramına, həmçinin, 49 ölkənin 16 bədii, 19 sənədli və 15 qısametrajlı film və 6 televiziya reportajı daxil edilmişdi.30-a yaxın lent isə müsabiqədənkənar nümayiş etdirib.
"Mədəniyyətlərin dialoqu vasitəsilə, dialoq mədəniyyətinə doğru" şüarı altında keçiriləcək festivalda təkcə müsəlmanlar deyil, xristianlar və başqa dinlərin nümayəndələri də iştirak ediblər. Qızıl Mimbər Festivalının təsisçiləri və təşkilatçıları Rusiyanın münsiflər şurası, Mədəniyyəti Fondu, Mədəniyyət və Kinematoqrafiya agentliyi, MDB və Baltikyanı Kinematoqrafçılar ittifaqı konfederasiyası, eləcə də Rusiya İslam Mədəniyyət Mərkəzi, Tatarıstan Mədəniyyət və Kazan Meriyasıdır. Xatırladaq ki, ilk dəfə 2005-ci ilin sentyabrında keçirilən kinofestivalın Qran-pri mükafatına "Ovsunçu" filminə görə Oqtay Mirqasımov layiq görülmüşdü.

Digər xəbərlər