PDF Oxu

Mədəniyyət

  • 8

“Tale körpüsü” bədii filminin təqdimatı keçirilib

“Tale körpüsü” bədii filminin təqdimatı keçirilib
Daşkənddəki Əlişir Nəvai adına Kino Sarayında "Tale körpüsü" bədii filminin təqdimatı keçirilmişdir. Filmin quruluşçu rejissoru Özbəkistan paytaxtında yaşayan soydaşımız Eldar Məmmədov, ssenari müəllifi Aman Xociyevdir.
Təqdimat mərasimində Özbəkistanın ədəbiyyat, incəsənət, mədəniyyət xadimləri, sənətşünaslar, diasporumuzun üzvləri, jurnalistlər iştirak etmişlər.
Mərasimdə Eldar Məmmədov tamaşaçılar qarşısında çıxış edərək, film üzərindəki işindən danışmışdır.
Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının sədri Akif Ağatalıbov Eldar Məmmədovun indiyədək çəkdiyi sənədli və bədii filmlər haqqında danışmışdır.
Çıxış edənlər Eldar Məmmədovun Özbəkistanda çəkdiyi sənədli filmlər sahəsindəki uğurlarından danışmışlar. O, indiyədək 60-dan artıq sənədli və bədii filmə ekran həyatı vermişdir. Çəkdiyi sənədli filmlər isə, əsasən, tarixi mövzudadır.

Digər xəbərlər