25 sentyabr 2009-ci il tarixdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin Akt zalında YUNESKO-nun Moskva Bürosunun "Rusiya muzeyi: virtual filialı" layihəsi çərçivəsində yaradılmış Muzey Mərkəzinin vebsaytının təqdimat mərasimi keçiriləcək.Resursun İnternet ünvanı -
www.museumcenter.az Müasir cəmiyyətdə texnologiyaları inkişafı həm ayrı-ayrı insanlar və təşkilatlar arasında, həm də ölkələr, kontingentlər və mədəniyyətlər arasında yeni ünsiyyət üsullarının meydana gəlməsinə gətirib çıxarmışdır. Təqribən 10 ildir ki, Muzey Mərkəzi öz fəaliyyətinə kompüter texnologiyalarının tətbiqini nəzərdə tutan işlərə başlamışdır. 2000-ci illərin əvvəllərindən sərgi və keçirilən tədbirlərə multimedia materiallarının yaradılması üzrə iş gedir. Muzey Mərkəzinin informasiya köşkündə mərkəzin tarixi və fəaliyyəti haqqında proqramlar quraşdırılmışdır. 2008-ci ildə Muzey Mərkəzində Bakı əhalisi və qonaqlar üçün müasir texnologiyalar vasitəsilə Rus Muzeyinin sərvətləri ilə birbaşa təmasda olmağa imkan verən lRusiya muzeyi: virtual filial" İnformasiya-Tədris Mərkəzi açılmışdır.
Kompüter proqramlarının, habelə, külli miqdarda nəşr, foto və videomaterialların toplanması nəticəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin vebsaytının yaradılması ideyası meydana gəldi.
Saytın yaradılmasında partnyor qismində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, YUNESKO-nun Moskva Bürosu, Dövlət Rus Muzeyi və YUNESKO işləri üzrə Azərbaycan Respublikası Milli Komissiyası çıxış etmişdir.
Vebsaytın yaradılması "MediaDizayn" studiyasında həyata keçirilmişdir.
Vebsayt Bakıda 2007-ci ildə yaradılmış lRusiya muzeyi: virtual filial" İnformasiya-Tədris Mərkəzi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin fəaliyyəti haqqında dolğun məlumata malik olaraq, həmçinin, bir qrup ölkələr ərazisində və ondan xaricdə Muzey Mərkəzinin vahid mədəniyyət-informasiya məkanına inteqrasiya vasitəsi kimi çıxış edir.
Vebsayt 3 dil - Azərbaycan, rus və ingilis versiyasına malikdir və çox böyük auditoriya üçün açıqdır. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin sərvətləri yaradıcı dizayner işləmələrinin İnternet texnologiyalarının son nailiyyətləri ilə sintezi həm Azərbaycanda, həm də bütün dünyada qlobal şəbəkə istifadəçiləri üçün açıq etdi. Sayt foto və videomateriallarla zəngindir və müasir multimedia icra üsulları onların İnternet şəbəkəsi vasitəsi ilə baxılmasına imkan yaratmışdır.
Saytın dizaynı ciddi klassik üslubda tərtib olunub.
Sayt geniş axtarış sistemi ilə təchiz olunub.
Texniki işləmələr saytın lcanlı" olmasını və "Rusiya muzeyi: virtual filial" İnformasiya-Tədris Mərkəzi və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin bütün fəaliyyətinin dinamik əks etdirilməsinə imkan vermişdir.
Vebsayt artıq dünyanın aparıcı axtarış sistemləri tərəfindən indeksləşdirilmiş və Muzey Mərkəzinin fəaliyyəti ilə bağlı olan sorğu verdikdə, ilk cavab sətirlərində çıxması təmin olunmuşdur, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzi və lRusiya muzeyi; virtual filial" portalı arasında olan ikitərəfli istinad mübadiləsi saytın tez bir zamanda Qlobal Şəbəkənin "mədəniyyət seqmentinə" qatılmasına yardım etmişdir.
Saytın tərkibi bir neçə blokdan ibarətdir. Bakıda 2007-ci ildə yaradılmış "Rusiya muzeyi: virtual filial" İnformasiya-Tədris Mərkəzinə həsr olunmuş blokda İTM-in yaranmasının tarixi, açılışı və fəaliyyəti haqqında məlumat əks olunub. Sayt vasitəsilə İTM-in strukturu haqqında məlumat almaq, mediatekaya təfərrüatı baxış etmək, ziyarətçilər üçün faydalı məlumat tapmaq və keçirilmiş tədbirlərlə tanış olmaq imkanı yaradılmışdır, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin fəaliyyəti haqqında blok mərkəzin fəaliyyət konsepsiyası, yaranma tarixi, keçirilən sərgi və layihələr haqqında məlumat, ziyarətçilər üçün məlumat, beynəlxalq proqramlarda iştirak və buraxılan məhsullar haqqında məlumatı əks etdirir.
Keçirilən tədbirlərin təqvimini xüsusi qeyd etmək lazımdır. Burada Muzey Mərkəzinin çoxillik fəaliyyəti əks olunub və İnternet şəbəkəsinin istifadəçiləri burada Muzey Mərkəzi tərəfindən keçirilməsi nəzərdə tutulan tədbirlər haqda məlumat ala bilərlər. Keçirilmiş və planlaşdırılan tədbirlər haqqında tam məlumat almaq üçün müvafiq dövrü seçmək kifayətdir. Burada təntənəli dövlət və ictimai hadisələr, mədəniyyətlərarası ünsiyyət tədbirləri, klassik və konsepsual sənət sərgiləri, ölkənin mədəni həyatında olan hadisələr, fotosərgilər, uşaqlar üçün və digər tədbirlər haqda məlumat yerləşdirilib.
"Sərgi və layihələr" bölməsində Muzey Mərkəzinin kəmiyyətcə daim artan şəxsi layihələrinin ətraflı təsviri verilmişdir.
Binanın memarlıq gözəlliyi və bəzəyi barədə Muzey Mərkəzi haqqında bölmədə danışılır. Bu bölmədə muzeyin binası, koordinatları, yerləşmə sxemi, bina və onun yeri haqqında tarixi məlumatlar verilir. Akt zalı, İncəsənət Qalereyası, dairəvi zal və muzey köşkü ətraflı təsvir edilir.
İncəsənət Qalereyasına həsr olunmuş bölmədə müasir Azərbaycan təsviri sənət nümayəndələrinin, o cümlədən, Arif Hüseynov, Sara Manafova, Marqarita Kərimova-Sokolova, Vüqar Muradov, Elşən Sərxanoğlu, Emin Əsgərov, Niyaz Nəcəfov, Eldar Babazadə, Rəşid İsmayılov də başqalarının işləri yer almışdır. Eləcə də videomateriallar, o cümlədən, rəssamların müsahibələri, sərgilərin açılışı və digər tədbirlərdən hazırlanmış reportajlar əks olunub. Saytda ətraflı əlaqə məlumatı əks olunmaqla yanaşı, ziyarətçilərə İnternet vasitəsilə Muzey Mərkəzi ilə əlaqə qurmaq imkanı da yaradılmışdır.
Saytın istifadəyə verilməsi Bakıda 2007-ci ildə yaradılmış lRusiya muzeyi: virtual filial" İnformasiya-Tədris Mərkəzinin gələcək inkişafına xidmət edəcək, Azərbaycan mədəniyyətinə əlavə auditoriyanı cəlb edəcək, müxtəlif ölkələrin vətəndaşlarının Azərbaycan mədəniyyəti ilə daha yaxından və geniş tanış olmasına imkan yaradacaq, ölkədə və ölkədən kənarda vahid mədəniyyət-informasiya məkanının genişləndirilməsinə və xalqlararası əlaqələrin gücləndirilməsinə xidmət edəcək.
Təqdimat mərasimində qısa giriş sözü ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev çıxış edəcək. YUNESKO işləri üzrə Milli Komissiyanın Bakıdakı məsul katibi Günay Əfəndiyeva YUNESKO-nun Moskva Bürosunun direktoru cənab Dendev Badarçin adından onun təbrik məktubunu tədbir iştirakçılarının nəzərinə çatdıracaq.
Təqdimat mərasimində fəxri qonaqlar, o cümlədən, Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin məsləhətçisi Kroxin Oleq Aleksandroviç, müxtəlif ölkələrin səfirliklərinin, mədəniyyət mərkəzlərinin, biznes kompaniyaların və mətbuat nümayəndələri iştirak edəcəklər.