PDF Oxu

Mədəniyyət

  • 13

İspaniyada azərbaycanlı musiqiçilərin çıxışlarından ibarət DVD hazırlanıb

İspaniyada azərbaycanlı musiqiçilərin çıxışlarından ibarət DVD hazırlanıb
Bir müddət əvvəl İspaniyanın Malyorka şəhərində konsert proqramı ilə çıxış edən azərbaycanlı musiqiçilərin çıxışlarından ibarət DVD hazırlanıb. Kastel De Belver adlanan qəsrdə təşkil olunan konsertdə xalq artistləri Mənsum İbrahimov, Aygün Bayramova, əməkdar artistlər Yeganə Axundova, Elçin Həşimov və Elnur Əhmədov iştirak edib.
Proqramda Azərbaycanın dünya şöhrətli bəstəkarları Qara Qarayev, Cövdət Hacıyev, Arif Məlikov və başqalarının əsərləri ifa olunub. Konsertin təşkilatçıları tərəfindən həmin konsertin DVD versiyası buraxılıb. Mənsum İbrahimovun bidirdiyinə görə, Moskvada işıq üzü görən Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının 100-cü tamaşasının DVD versiyasının yenidən buraxılması nəzərdə tutulur: "Leyli və Məcnun"un DVD versiyası 1000 nüsxə buraxılıb. Çünki bu DVD ilk öncə səfirliklər, kitabxanalar, musiqi ocaqları üçün nəzərdə tutulurdu. Artıq tələbat çox olduğu üçün bu işi kütləviləşdirmək qərarına gəliblər. DVD yenidən böyük tirajla buraxılacaq və Azərbaycanda satışa çıxarılacaq".
Qeyd edək ki, "Leyli və Məcnun" operasının 100-cü tamaşasında Məcnun rolunu Mənsum İbrahimov, Leyli rolunu isə Nəzakət Teymurova canlandırıb.

Digər xəbərlər