PDF Oxu

Mədəniyyət

  • 6

“Xilas olunan gözəllik” adlı təlim-seminar keçirilib

“Xilas olunan gözəllik” adlı təlim-seminar keçirilib
Dünən Bədii sərgi salonunda Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi, Şərqi və Mərkəzi Avropada İncəsənət və Mədəniyyət üzrə Fondunun təşəbbüsü, Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun dəstəyi ilə muzeylərdəki toxuculuq kolleksiyalarının bərpası mövzusunda " Xilas olunan gözəllik" adlı təlim-seminar keçirildi.
Azərbaycan Xalçası və Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva, Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun İncəsənət və Mədəniyyət proqramı müdiri Cahangir Səlimxanov, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova "Azərbaycan Respublikasında muzey əşyalarının bərpası sahəsində mövcud problemlər" və "Toxuculuq kolleksiyalarının bərpası" mövzularında çıxış etdilər.
tədbirdə qeyd olundu ki, Azərbaycan muzeylərinin zəngin kolleksiyaları içərisində toxuculuq əşyaları (xalçalar, tikmə, geyim, parça və s.) xüsusi yer tutur. Yaşı əsrlərlə ölçülən bu nadir tarixi nümunələrin qorunub saxlanması və bərpası həmişə muzey işçilərinin diqqət mərkəzindədir. Hazırda dünyada yeni konservasiya və bərpa üsulları, texnoloji vasitələr tətbiq olunur.
Təlim-seminara ABŞ-dan olan bərpaçı-mütəxəssis Patrisiya Ever dəvət olunmuşdur. O, müstəqil bərpaçı kimi fəaliyyət göstərir və dünyanın bir çox məşhur muzeylərinin bərpa işlərini aparan şirkətin rəhbəridir. P.Ever "Toxuculuq kolleksiyalarının bərpası" təlimini təqdim etmişdir.
Seminarın məqsədi xarici bərpaçılarla təcrübə mübadiləsi aparmaq, yerli bərpaçı mütəxəssislərin müasir bərpa üsullarını təqdim etməkdir. Amerikalı mütəxəssisin təcrübəsi və tövsiyələri bərpa işinin müasir tələblərə uyğun keçirilməsi sahəsində müsbət nəticələr verə bilər.
Sonda mövzu ətrafında müzakirələr aparılmışdır.

Digər xəbərlər