PDF Oxu

Mədəniyyət

  • 10

Azərbaycanın yerli mədəniyyət siyasətçiləri üçün yeni bir töhfə

Azərbaycanın yerli mədəniyyət siyasətçiləri üçün yeni bir töhfə
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Muzey Mərkəzinin akt zalında "Vətəndaşların Avropa şəhərlərində yerli mədəniyyətin inkişafı siyasətində iştirakına dair soraq kitabçası"nın Azərbaycan dilindəki nəşrinin təqdimatı keçirildi. Tədbiri giriş sözü ilə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin Qeyri-maddi mədəni irs sektorunun müdiri Y.Hüseynli açaraq bildirdi ki, Azərbaycan Respublikasının mədəniyyət siyasətinin əsas prioritetlərindən biri regionlarda mədəni irsin qorunması, peşəkar incəsənətin dəstəklənməsi, mədəni sənayelərin inkişafı vasitəsilə mədəni həyatın canlandırılması və mədəni-siyasi inkişafın ümumi sosial-iqtisadi inkişafa təkan verən vasitələrdən birinə çevrilməsidir. Məsələ ilə əlaqədar, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası"nın, "Azərbaycanın Qeyri-maddi Mədəni İrs Konsepsiyası"nın layihələri, eyni zamanda, digər proqramların, layihələrin işlənib hazırlanması və həyata keçirilməsi barədə məlumat verildi.
Tədbirdə çıxış edən kitabın müəlliflərindən biri, Barselona Şəhər Bələdiyyəsinin nəzdində yaradılmış "Agenda 21 for Culture" beynəlxalq şəbəkənin əlaqələndiricisi Jordi Paskual, İstanbul Bilgi Universitetinin professoru, Avropa Mədəniyyət Fondunun Türkiyənin bölgə şəhərlərində mədəni canlanma layihəsinin məsləhətçisi Serhan Ada və Avropa Mədəniyyət Parlamentinin üzvü, Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun İncəsənət və Mədəniyyət üzrə Proqramının müdiri C.Səlimxanov yerli mədəniyyət siyasətinin qurulmasında vətəndaş iştirakının müxtəlif prinsipləri, yerli mədəniyyətlərin və ənənələrin şəhər siyasətinin qurulması prosesinə təsiri və s. haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşmüşlər.
Qeyd edək ki, Amsterdam şəhərində yerləşən Avropa Mədəniyyət Fondu, Barselonanın İnterarts Fondu və Rumıniyanın ECUMEST Assosiasiyasının birgə təşəbbüsü ilə işıq üzü görmüş "Vətəndaşların Avropa şəhərlərində yerli mədəniyyətin inkişafı siyasətində iştirakına dair soraq kitabçası" Azərbaycanın yerli mədəniyyət siyasətçiləri üçün yeni bir töhfə olacaqdır.

Digər xəbərlər