PDF Oxu

Mədəniyyət

  • 4

Niyazinin ev-muzeyinin 15 illiyinə və görkəmli bəstəkar Zülfüqar

Niyazinin ev-muzeyinin 15 illiyinə və görkəmli bəstəkar Zülfüqar
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata əsasən, Niyazinin ev-muzeyinin 15 illiyinə və görkəmli bəstəkar Zülfüqar Hacıbəyovun 125 illiyinə həsr olunmuş tədbirin keçirilməsi planlaşdırılıb. Niyazinin ev-muzeyində təşkil olunacaq tədbir sentyabrın 17-də keçiriləcək. Tədbirdə Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti təqdim olunacaq. Orkestrin dirijoru Enrike Batiz (Meksika), solisti Murad Hüseynovdur.
Sentyabrın 17-də isə Azərbaycan Dövlət Filarmoniyasında görkəmli siyasət və mədəniyyət xadimlərinin məzarları ziyarət olunacaq və 18 sentyabr tarixində isə Üzeyir Musiqi Gününün təntənəli açılış mərasimi keçiriləcək. Açılış mərasimində Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri, Dövlət Xor Kapellası və Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestri iştirak edəcək.
Bakı Musiqi Akademiyasının qarşısında təntənəli tədbir təşkil olunacaq. Elə həmin gün M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında "Üzeyir Hacıbəyov. Biblioqrafiya" adlı kitabın təqdimat mərasimi təşkil olunacaq. Gün ərizində davam edəcək Musiqi Günü çərçivəsində Bədii Sərgi Salonunda "Azərbaycan təsviri sənətində musiqi obrazları" adlı sərginin açılış mərasiminin keçirilməsi planlaşdırılıb.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında yeni teatr mövsümünün açılışı Üzeyir Hacıbəyovun "Koroğlu" operası Beynəlxalq layihə əsasında nümayişi olacaq. TÜRKSOY çərçivəsində 6 türkdilli xalq sənətçilərinin iştirakı ilə Üzeyir Hacıbəylinin "Koroğlu" operası nümayiş olunacaq. Musiqili Komediya Teatrı da bəstəkarın "Arşın mal alan" operettasını yeni təqdimatda təqdim edəcək. "Azərbaycan təsviri sənətində musiqi obrazları" sərgisi,  Teatrın foyesində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının fondu əsasında sərgi də nümayiş etdiriləcək. Sentyabrın 20-də isə görkəmli bəstəkar Zülfüqar Hacıbəyovun 125 illiyinə həsr olunmuş "Aşıq Qərib" operası Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində oynanılacaq.
Azərbaycan Dövlət Musiqili Komediya Teatrında yeni teatr mövsümünün açılışı isə  Üzeyir Hacıbəyovun "Arşın mal alan" tamaşasının premyerası ilə baş tutacaq.
Ağcabədi rayonunda da  "Qarabağ Muğam Mərkəzi"ndə sentyabrın 19-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçiriləcək. Görkəmli tarzən, xalq artisti Əhsən Dadaşovun 85 illiyinə həsr olunmuş tədbir Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.
Görkəmli musiqişünas-alim Mir Möhsün Nəvvaba həsr olunmuş yubiley gecəsi Üzeyir Hacıbəyovun ev-muzeyində  23 sentyabr tarixində baş tutacaq.
Respublikanın klub və mədəniyyət evlərində, muzey və kitabxanalarında Üzeyir Musiqi Gününə həsr olunmuş tədbirlərin keçirilməsi 17-19 sentyabr tarixlərində reallaşacaq.
Ü.Hacıbəyova və Azərbaycan musiqisinə həsr olunmuş bədii və sənədli filmlərin nümayişi respublikanın kinoteatrlarında 17-19 sentyabrda nəzərdə tutulub.
Bildiyimiz kimi, Milli Musiqi Günü çərçivəsində Azərbaycanda beynəlxalq musiqi həftəsinin keçirilməsi də nəzərdə tutulub. Artıq tədbirin hazırlığına başlanılıb. Builki festivalın proqramı olduqca zəngin şəkildə təqdim ediləcək. Ağcabədidə isə muğam konsertlərinin təşkili nəzərdə tutulub.

Digər xəbərlər