Teatr “Xaşxaşın göz yaşları” ilə mövsüm açılışına başlayacaq
Bakı Uşaq Teatrı özünün səkkizinci teatr mövsümünə sentyabrın 26-da Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Teatrında balaca tamaşaçılara təqdim edəcəyi "Xaşxaşın göz yaşları" əsəri ilə başlayacaq.
Ədliyyə Nazirliyinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin sifarişi ilə yeniyetmə gənclər üçün tamaşaya qoyulan və maarifləndirici xarakter daşıyan əsərin əsas mövzusunu narkomaniya, cəmiyyətdə onun törətdiyi fəsadlar və bu bəladan qurtulmağın yolları təşkil edir.
İntiqam Soltanın quruluş verdiyi tamaşada əsas rolları aktyorlardan Ruslan Mürsəlov, Nəcəf Məmmədov, İlhamə Məmmədova, Esmira Həsənli və başqaları ifa edəcəklər.