Bakı-İslam Mədəniyyətinin Paytaxtı elan olunması çərçivəsində 15-17 sentyabr 2009-cu il tarixlərində "Azərbaycan Respublikasında mədəni irs sahəsində çalışan mütəxəssislərin peşə səviyyəsinin artırılması" adlı milli seminarın keçirilməsi nəzərdə tutulur. Milli seminar Mədəniyyət və Turizm Nazirliyi və İSESKO - İslam Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının Tehrandakı Regional Ofisi ilə birgə keçirilir.
Mədəniyyət və turizm nazirliyinin mətbuat xidmətindən qəzetimizə daxil olan məlumata əsasən, seminarın məqsədi ölkəmizdə mədəni irs sahəsində fəaliyyət göstərən ekspertlərin peşə səviyyəsinin artırılmasıdır. Seminar Qobustan Milli tarix-bədii və Qala Dövlət tarix-etnoqrafiya qoruqlarının müdirləri - tarix elmləri namizədi Məlahət Fərəcova və tarix elmləri namizədi Fikrət Abdullayev tərəfindən aparılacaq.
İSESKO-nun Tehrandakı Regional Ofisinin rəhbəri cənab Abbas Sədri seminarda iştirak edəcək.
Tədbirin açılış mərasimi 15 sentyabr 2009-cu il tarixlərində saat 11.00-da "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi-memarlıq qoruq-muzeyində keçiriləcəkdir.
Bütün Polşa onun haqqında danışır...