ABŞ-ın kino mütəxəssisləri Azərbaycanda master-klasslar keçəcəklər
Amerika Birləşmiş Ştatlarının (ABŞ) üç tanınmış kino mütəxəssisi Azərbaycanda master-klasslar keçəcəklər. Həmin kino mütəxəssisləri, əsasən, Los-Ancelesdə fəaliyyət göstərən Qabriel Kelin, Joş Şaaf və Debora Kolerdir. Adları çəkilən tanınmış kino mütəxəssisləri bu ay Bakıda keçiriləcək XI "Şərq-Qərb" Bakı Beynəlxalq Kinofestivalı çərçivəsində yerli kino xadimlərinə, eləcə də, bu sahədə fəaliyyət göstərən gənclərə və təhsil alan tələbələrə dünya praktikasını tədris edəcəklər. Həmin mütəxəssislərin Rüstəm İbrahimbəyovun Kino Akademiyasında da silsilə master-klassları nəzərdə tutulur. Qeyd edək ki, Qebriel Kelin, Joş Şaaf və Debora Koler bir çox Hollivud ulduzları ilə işləyiblər.