Müqəddəs Ramazan bayramı münasibəti ilə möhtəşəm konsert proqramı keçiriləcək
Müqəddəs Ramazan bayramı münasibəti ilə Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı keçiriləcək. Sarayın mətbuat xidmətinin məlumatına istinadən, konsert proqramı sentyabrın 20-də baş tutacaq. Heydər Əliyev Sarayının təşkilatçılığı ilə həyata keçirilməsi nəzərdə tutulan konsertdə Azərbaycan estradasının çoxsaylı ulduzları iştirak edəcəklər. Proqramda 30-a yaxın müğənninin iştirakı nəzərdə tutulur. Konsert proqramında hər bir janrda mahnı səsləndiriləcək. Bu konsertdə muğam ifaçıları, aşıqlar, meyxana ustaları, eyni zamanda, estrada müğənniləri çıxış edəcəklər. Bununla yanaşı, "Bu şəhərdə"nin aparıcı aktyorlarının ifasında da maraqlı və yumorlu səhnəciklər nümayiş etdiriləcək. Bununla yanaşı, saray rəhbərliyi yaxın vaxtlarda azyaşlı uşaqları da sevindirməyi qərarlaşdırıb. Belə ki, yeni tədris ili münasibəti ilə Heydər Əliyev Sarayında maraqlı bir layihənin keçirilməsi nəzərdə tutulur.