PDF Oxu

Mədəniyyət

  • 12

“Golden Stag-2009” müsabiqəsinə yekun vurulub

“Golden Stag-2009” müsabiqəsinə yekun vurulub
Rumıniyanın Braşov şəhərində "Eurovision" mahnı müsabiqəsindən sonra Avropada ikinci böyük müsabiqə hesab olunan "Golden Stag-2009" yarışmasına yekun vurulub.
1968-ci ildən başlayaraq ənənəvi olaraq hər il keçirilən müsabiqə artıq dünyada böyük populyarlıq qazanmışdır. Dünyanın 20-dən çox ölkəsinin qatıldığı yarışmada Azərbaycanı gənc müğənni Emin Həsən təmsil edib.
Emin Həsən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirdikdən sonra bir sıra beynəlxalq festivallarda iştirak etmişdir. "Golden Stag-2009" yarışmasında Emin Həsən Malta, Finlandiya, İsrail, Rumıniya, Bolqarıstan, İtaliya və Moldova sənətçiləri ilə eyni qrupda mübarizə aparıblar. Üç mərhələdən - seçim, yarımfinal və finaldan ibarət olan yarışmada ilk üç yeri İtaliya, Rumıniya və Norveç musiqiçiləri tutublar.
Müsabiqənin şərtlərinə görə, hər iştirakçı yarışma üçün iki mahnı hazırlamışdır.

Digər xəbərlər