PDF Oxu

Mədəniyyət

  • 12

Azərbaycanlı rəssamın uğuru

Azərbaycanlı rəssamın uğuru
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin məlumatına əsasən, Rusiyanın Zdravnevo şəhərində İlya Repin adına malikanə-muzeydə keçirilən beynəlxalq ustad dərslərində 18 yaşlı azərbaycanlı rəssam Nübar Şahbazova yerli fırça ustalarının diqqətini cəlb etmişdir. Onun adı, demək olar ki, hər kəsin dilində dolaşırdı. Hətta Stroqanov adına Moskva Dövlət Bədii-Sənaye İnstitutunun rektoru Aleksandr Stasyuk qeyd etmişdir ki, bu cür istedadlı qız onların ali məktəbində təhsil almalıdır. MBD-yə üzv olan ölkələrin Beynəlxalq Humanitar Əməkdaşlıq Fondunun təşkilatçılığı ilə reallaşan bu ustad dərsləri ilk dəfə keçirilmişdir. Bu tədbir İlya Repinin 165 illiyinə həsr olunmuşdur.
Rusiya, Moldova, Özbəkistan və digər ölkələrdən gənc rəssamların, həmçinin, mükəmməl müəllim heyətinin qatıldıqları ustad dərslərində Azərbaycanı "D`art" studiyasının nümayəndələri - Nübar Şahbazova və Veronika İsayeva təmsil etmişlər.
İdarədən o da bildirildi ki, Azərbaycan heykəltəraşları dünya şöhrətli geoloq Fərman Salmanovun Rusiyanın Tümen vilayətinin Xantı-Mansiysk Muxtar Dairəsində heykəlinin qoyulması ilə bağlı keçirilən müsabiqənin qalibi olmuşlar.
Müsabiqədə qalib gəlmiş istedadlı heykəltəraşlar Əli İbadullayev, Səlhab Məmmədov və Cəmaləddin Qədirovdur.

Digər xəbərlər