PDF Oxu

Mədəniyyət

  • 2

“Düyməcik” baletinin premyerası olacaq

“Düyməcik” baletinin premyerası olacaq
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında sentyabrın 27-də dünya şöhrətli bəstəkar Ştrausun musiqisi əsasında hazırlanmış "Düyməcik" baletinin premyerası olacaq. "Uşaq ili" çərçivəsində səhnələşdiriləcək tamaşanın quruluşçu-baletmeysteri Rusiyanın xalq artisti Liya Sabitova, quruluşçu rəssamı isə Rusiya Akademik Böyük Teatrının rəssamı Dmitri Çerbadjidir.
Cari ilin sonunadək teatrda daha iki yeni tamaşaya quruluş veriləcəkdir. Bunlar italyan bəstəkarı C.Rossininin "Sevilya bərbəri" və Maskaninin "Kənd namusu" operalarıdır. "Kənd namusu" operasına quruluş vermək üçün Latviyanın xalq artisti rejissor Andrey Jaqars teatra dəvət olunmuşdur.
Mövsüm ərzində Rusiya, Ukrayna, Belorus, Almaniya və digər ölkələrin xoreoqrafiya, vokal məktəblərinin ən yaxşı nümayəndələrinin teatra dəvət edilməsi nəzərdə tutulmuşdur.

Digər xəbərlər