XII Beynəlxalq “Animayovka-2009” animasiya filmləri festivalında
Azərbaycanlı gənc rejissor Cavid Əhədovun "Mərhəmətin dadı" animasiya filmi sentyabrın 24-dən 26-dək Belorusda keçiriləcək XII Beynəlxalq "Animayovka-2009" animasiya filmləri festivalında göstəriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, insan mərhəmətindən bəhs edən və 2008-ci ildə çəkilmiş altı dəqiqəlik film "Azanfilm" və "Birlik" kinostudiyalarının birgə işidir.
Festivalda Azərbaycanla yanaşı Rusiya, Ukrayna, Belorus, Latviya, Litva, Estoniya, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Polşa, Çin, İran və Ermənistan da iştirak edəcək.