PDF Oxu

Mədəniyyət

  • 12

26 teatr 137-ci mövsümünün açılışına Gənc Tamaşaçılar Teatrının qarşısında birlikdə start verəcək

26 teatr 137-ci mövsümünün açılışına Gənc Tamaşaçılar Teatrının qarşısında birlikdə start verəcək
Teatrlarımız yeni mövsümün təntənəli açılışına hazırlaşır. Ölkədə fəaliyyət göstərən 26 teatr 137-ci mövsümünün açılışına Gənc Tamaşaçılar Teatrının qarşısında birlikdə start verəcəklər. Bu bayram şənliyində iştirak edəcək Səməd Vurğun adına Rus Dram Teatrı yeni mövsümdə tamaşaçıları müxtəlif səhnə əsərləri ilə sevindirəcək.
Teatr builki mövsümünü sentyabrın 15-də "Kral Lir" tamaşası ilə açacaq. Məzuniyyətdən qayıdan yaradıcı heyət isə artıq yeni tamaşanın məşqlərinə başlayıb. "7 örpəyin rəqsi" - Səməd Vurğun adına Rus Dram Teatrının 89-cu mövsümündə tamaşaçılarına təqdim edəcəyi ilk premyera məhz belə adlanır. Tamaşa teatrın aparıcı rejissorlarından olan Boris Lukinski tərəfindən səhnələşdirilir."7 örpəyin rəqsi" teatr mövsümünün sonuna qədər təqdim edilən yeganə premyera deyil. Elçinin "Cəhənnəm kirayiçiləri", Dostoyevskinin "Karamazov qardaşları" və "Rossinin faciəsi" əsərləri də səhnə həyatı görəcək. Balaca tamaşaçılar da yaddan çıxmayıb. Mövsümün sonuna qədər onları bir-birindən maraqlı yeni səhnə əsərləri, o cümlədən yeni il və Novruz bayramı münasibəti ilə hazırlanacaq proqramlar da gözləyir.

Digər xəbərlər