PDF Oxu

Mədəniyyət

  • 10

Bakı Uşaq Teatrı mövsümü “İmperator” tamaşası ilə açacaq

Bakı Uşaq Teatrı mövsümü “İmperator” tamaşası ilə açacaq
Teatrlarımız yeni mövsümünün təntənəli açılışına hazırlaşır. Bu bayram şənliyində iştirak edəcək Bakı Uşaq Teatrı mövsümdə tamaşaçıları yeni səhnə əsərləri ilə sevindirəcək. Teatr yeni mövsümünü Elçin Hüseynbəylinin "İmperator" tamaşası ilə açacaq. Uşaq Teatrının direktoru İntiqam Soltanın sözlərinə görə, teatrın kollektivi bir çox tamaşaların məşqlərini artıq başa vurub. Mövsümün ikinci tamaşası isə "Məni xatırlayacaqlar" adlı tamaşa olacaq. Mövsüm ərzində isə bir sıra yeniliklər də gözlənilir. "Bu il Teatrın "Uşaq Teatrı" adlı qəzeti işıq üzü görəcək. Qəzet Azərbaycan teatrlarının fəaliyyəti.onların repertuarları işıqlandırılacaq. Eyni zamanda, müəyyən mənada uşaqlar üçün dərs vəsaiti olacaq". Yeni mövsümdə səhnələşdiriləcək əsərlərlə yanaşı, "Gücümüz birliyimizdədir", "Əkizlərin nağılı", "Qalan ömrün ilk günü", "Əhmədin yuxusu", "Vətən", "Əyləncəli oyunlar" və digər belə tamaşalar yenidən repertuara daxil ediləcək. Hazırda teatrda bərpa olunacaq tamaşaların məşq prosesi aparılır.

Digər xəbərlər