PDF Oxu

Mədəniyyət

  • 8

Üzeyir Hacıbəylinin numizmatika sərgisi keçiriləcək

Üzeyir Hacıbəylinin numizmatika sərgisi keçiriləcək
Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin doğum günü və "18 sentyabr - Milli Musiqi Günü" münasibəti ilə sənətkarın ev-muzeyində Üzeyir Hacıbəylinin surəti əks edilmiş numizmatika sərgisi keçiriləcək. Ekspozisiyada bəstəkarın surəti əks edilmiş medallar, barelyeflər və bir çox başqa materiallar təqdim ediləcək. Muzeydə, həmçinin, İ. Əbilov adına mədəniyyət evində ilk dəfə təqdim edilmiş məktəbli tamaşasının nümayişi nəzərdə tutulur. Tamaşa Üzeyir Hacıbəyli haqqında mövcud məlumatlar əsasında hazırlanıb. Xatırladaq ki, "Milli Musiqi Günü" Azərbaycanda hər il sentyabrın 18-də Üzeyir Hacıbəylinin ad günündə qeyd edilir.

Digər xəbərlər