PDF Oxu

Mədəniyyət

  • 5

“Ey həyat, sən nə qəribəsən” filminin təqdimatı keçiriləcək

“Ey həyat, sən nə qəribəsən” filminin təqdimatı keçiriləcək
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Yaddaş" studiyasında Azərbaycanın ən məşhur ansambllarından biri olan "Qaya" haqqında 90 dəqiqəlik sənədli film çəkilib. "Ey həyat, sən nə qəribəsən" adlanan filmin rejissoru və ssenari müəllifi Cavid İmamverdiyevdir. "Qaya" haqqında film yaratmaq müəllifin çoxdankı arzusu olmuşdur. Film ötən ilin aprel ayında istehsala verilmişdir. Filmdə çox maraqlı yaradıcı kollektiv iştirak etmişdir. Bunların sırasında 2 nəfər SSSR-in xalq artisti, 10 nəfərdən çoxu isə Azərbaycanın və Rusiyanın xalq və əməkdar artistləridir. Xronometrajı 90 dəqiqə olan filmdə qrupun yarandığı 60-cı ildən indiyə kimi keçdiyi yaradıcılıq yolu, həmçinin, qrup üzvlərinin həyat və yaradıcılığı öz əksini tapıb. Əfsanəvi "Qaya" qrupu ilə bağlı filmin çəkilişləri Azərbaycanda, Rusiyada, Amerikada, Gürcüstanda, Dağıstanda aparılıb. Filmin təqdimat mərasiminin keçirilməsi sentyabrın sonu, oktyabrın əvvəllərində baş tutacaq. Qeyd edək ki, filmin ssenari müəllifləri Cavid İmamverdiyev və Natella İmamverdiyev, məsləhətçiləri xalq artisti Rauf Babayev, Teymur Mirzəyev, operatoru Nizami Abbas, montaj Elmir Həsənova məxsusdur.

Digər xəbərlər