PDF Oxu

Mədəniyyət

  • 6

“Sarı gəlin” “Qran-pri”yə layiq görülüb

“Sarı gəlin” “Qran-pri”yə layiq görülüb
Qədim Səmərqənd şəhərinin məşhur Registan meydanında YUNESKO-nun himayəsi ilə "Şərq təranələri" yeddinci beynəlxalq musiqi festivalı keçirilmişdir. Festivalın açılışında Özbəkistan prezidenti İslam Kərimov iştirakçıları təbrik etmişdir. Bu festival qədim obrazları, Şərq fəlsəfəsini simvolizə edən, insan qəlbinin dərinliklərinə toxunan, onun mənəvi dünyasını zənginləşdirən mahnı və melodiyaların bayramı kimi qiymətləndirilib. Mötəbər musiqi bayramında dünyanın 50-dək ölkəsindən gəlmiş ifaçılar, musiqiçilər, muğam biliciləri və musiqi nəzəriyyəçiləri iştirak ediblər.
Tədbirdə Azərbaycanı "Sarı gəlin" xalq çalğı ansamblı müşaiyət etmişdir. Münsiflər heyətinin qərarı ilə Türkmənistandan gəlmiş musiqi kollektivi "Qran-pri"yə layiq görülmüşdür. Birinci mükafat isə Azərbaycandan gəlmiş "Sarı gəlin" kollektivinə və Özbəkistanın xalq artisti Mətlüba Dadabayevaya verilmişdir. İkinci yeri İsrail və Koreya Respublikası, üçüncü yeri isə İtaliya və Küveytin musiqi kollektivləri tutmuşlar.
Xatırladırıq ki, 1997-ci ildə keçirilən "Şərq təranələri" birinci Beynəlxalq Musiqi Festivalında ölkəmizdən gəlmiş müğənni Simarə İmanova ən yüksək mükafata "Qran pri"yə layiq görülmüş, sonrakı illərdə ayrı-ayrı vaxtlarda Alim Qasımov və Aygün Bəylər birinci, Zabit Nəbizadə ikinci yerləri turmuşlar.
Musiqi bayramında Səmərqənddəki Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərləri, diasporumuzun üzvləri də iştirak etmişlər.

Digər xəbərlər