PDF Oxu

Mədəniyyət

  • 15

Azərbaycan “CATA” beynəlxalq turizm sərgisində iştirak edəcək

Azərbaycan “CATA” beynəlxalq turizm sərgisində iştirak edəcək
Azərbaycanın turizm imkanlarının dünyada təbliğ olunması, turistlərin ölkəmizə axınının daha da sürətləndirilməsi məqsədilə mühüm işlər görülür. Bu ilin ilk altı ayında nazirliyin əməkdaşları 10-dan çox beynəlxalq turizm sərgisində iştirak etmişlər. Ölkəmizdə turizmin daha da inkişaf etdirilməsi, bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi növbəti illərdə prioritet kimi qarşıya qoyulmuşdur.
Qeyd edək ki, 18-20 sentyabr tarixlərində Yaponiyanın paytaxtı Tokioda keçiriləcək "CATA" beynəlxalq turizm sərgisində Azərbaycan da təmsil olunacaq. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata əsasən, sərgidə ölkəmizi nazirliyin əməkdaşları Səbinə Kərimova, Zöhrə Əliyeva, Türkan İsmayılova, Cəlil Məlikov təmsil edəcək. Sərgidə Azərbaycanın turizm potensialı 45 kv.metr stend vasitəsilə təbliğ olunacaq. Burada ölkəmizin görməli yerləri, tarixi-mədəni abidələri, mehmanxana və turizm obyektləri xüsusi reklam çap məhsulları vasitəsilə sərgilənəcək. Sərgidə iştirak etmək üçün 6 nəfərlik rəqs qrupu da Yaponiyaya ezam olunacaq. Bundan başqa, sərgidə Azərbaycanın 4 özəl turizm şirkətləri iştirak edəcək.

Digər xəbərlər