PDF Oxu

Mədəniyyət

  • 6

MDB və Baltikyanı ölkələrin milli kinematoqraflarının forumu

MDB və Baltikyanı ölkələrin milli kinematoqraflarının forumu
Moskvada Kinematoqrafçılar Birliyi Konfederasiyası, MDB-yə üzv Ölkələrin Beynəlxalq Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə MDB və Baltikyanı ölkələrin milli kinematoqraflarının forumu keçirilir.
Avqustun 29-da forum çərçivəsində "Qırxıncı qapı" Azərbaycan filmi nümayiş etdirilib. Filmin rejissoru və ssenari müəllifi Elçin Musaoğlu, operatoru Abdulrəhim Beşarat, rəssamı Elxan Nəbiyev, bəstəkarı Natəvan Faiqdir. Ekran əsərində Həsən Səfərov, Rövşən Ağayev, Gülər Nəbiyeva, Elmira Şabanova, Rafiq Əzimov və başqa aktyorlar çəkilmişlər.
"Qırxıncı qapı" bədii filmində hadisələr XX əsrin 90-cı illərinin əvvəllərində Bakının 40 kilometrliyində yerləşən bir qəsəbədə cərəyan edir. Sakinlər yaşadıqları qəsəbəni UQırxıncı qapıF adlandırırlar. Film qəhrəmanın - 14 yaşlı Rüstəmin (Həsən Səfərov) həmyaşıdları ilə futbol oynayarkən çağırılması ilə başlayır. "Qırxıncı qapı" ümumilikdə detallarla dolu bir filmdir. Rejissor Elçin Musaoğlu bu detallarla obrazların xarakterini və hadisələrin mahiyyətini aça bilmişdir.
Qeyd edək ki, sentyabrın 3-dək davam edəcək forumun proqramına Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Ukrayna, Estoniya və Ermənistandan olan rejissorların doqquz tammetrajlı filmi daxil edilib. Forum çərçivəsində filmlərin retrospektiv nümayişi də təşkil olunacaq.

Digər xəbərlər