PDF Oxu

Mədəniyyət

  • 8

Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası

Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası
Son illər Azərbaycan Respublikasında kitab nəşri və poliqrafiya məhsullarının istehsalı sahəsində müəyyən işlər görülmüş, dövlət tərəfindən sahənin inkişafına təkan verən işgüzar şərait yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2004-cü ildən başlayaraq kiril əlifbasında çap edilmiş ədəbi, elmi əsərlər latın qrafikasında kütləvi tirajla nəşr edilmiş, təmənnasız olaraq dövlət kitabxanalarında yerləşdirilmişdir.
Azərbaycanda nəşr olunan bədii  poliqrafik baxımdan əhəmiyyətli kitablar dünyanın məşhur beynəlxalq kitab sərgilərində nümayiş etdirilməkdədir. Azərbaycanda kitab nəşri və poliqrafiyanın daha da inkişaf etdirilməsi, nəşr olunmuş gərəkli çap məhsullarına kütləvi marağın təmin edilməsi, xarici ölkələrin nəşriyyatları ilə əlaqələrin qurulması, kitab mübadiləsi, ölkə nəşriyyatlarının satış və təbliğat imkanlarının genişlənməsi Azərbaycanda da beynəlxalq kitab sərgi yarmarkalarının keçirilməsini zərurətə çevirmişdir. Bununla əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyia Bakıda Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirir.
Sərgi-Yarmarkada nümayiş edilən ədəbiyyatlar bu mövzuları əhatə edəcək: sosial-iqtisadi, universal, təbiət elmləri,xəritə və atlaslar, pedaqoji və metodoloji, filologiya, turizm nəşrləri və s.

Digər xəbərlər