PDF Oxu

Mədəniyyət

  • 7

Milli kinematoqrafların forumuna start verilib

Milli kinematoqrafların forumuna start verilib
Avqustun 28-də Moskvada Kinematoqrafçılar Birliyi Konfederasiyası MDB-yə üzv ölkələrin Beynəlxalq Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə MDB və Baltikyanı ölkələrin milli kinematoqraflarının forumu öz işinə başlayıb. Forumun proqramına Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Ukrayna, Estoniya və Ermənistandan olan rejissorların doqquz tammetrajlı filmi daxil edilmişdir. Forumda filmlərin retrospektiv nümayişi də baş tutacaqdır. Forum çərçivəsində avqustun 29-da "Qırxıncı qapı" Azərbaycan filmi nümayiş etdiriləcəkdir. Filmin rejissoru və ssenari müəllifi Elçin Musaoğludur. Filmdə azərbaycanlı uşağın taleyindən bəhs edilir. Qeyd edək ki. forum sentyabrın 3-dək davam edəcək.

Digər xəbərlər