Dövlət sifarişi ilə detektiv ekran əsəri səhnələşdiriləcək
Xalq yazıçısı, detektiv əsərlər müəllifi Çingiz Abdullayevin "Alt-üst edilmiş işıq" kinossenarisi əsasında yeni film çəkiləcək.
Artıq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qəbul edilən kinossenaridə qəhrəman polis obrazı yaradılmışdır. Tammetrajlı filmdə azərbaycanlı polis zabitinin cinayətin üstünün açılması və narkomafiyanın həbs olunması məqsədi ilə cinayətkarlara qoşulmasından bəhs olunacaq.
Dövlət sifarişi ilə çəkiləcək detektiv ekran əsərinin rejissoru isə, hələlik, müəyyənləşdirilməyib.
Xatırladaq ki, Çingiz Abdullayev indiyədək bir sıra filmlərə ssenari yazmışdır.