PDF Oxu

Mədəniyyət

  • 9

Çingiz Mustafayevin doğum gününə həsr olunmuş konsert proqramı təşkil ediləcək

Çingiz Mustafayevin doğum gününə həsr olunmuş konsert proqramı təşkil ediləcək
Avqustun 29-da Şəki şəhərində Milli Qəhrəman Çingiz Mustafayevin doğum gününə həsr olunmuş böyük konsert proqramı təşkil ediləcək. "Əbədi döyüş" adlanan konsert açıq havada, Heydər Əliyev Parkında baş tutacaq.
Qeyd edim ki, konsertdə xalq artistləri Mənsum İbrahimov, Avtandil İsrafilov, Ağadadaş Ağayev, Faiq Ağayev, müğənnilər Rəşad İlyasov, Rəqsanə İsmayılova, Xumar Qədimova, Elton Hüseynəliyev, Səidə Sultan, Kərim Abbasov, Xuraman Şuşalı, "Şeron" qrupu, maestro Ceyhun və digər sənətçilər iştirak edəcək. "Əbədi döyüş" konsertinin aparıcısı şoumen Kamran Həsənlidir.
Konsertin təşkilatçısı Çingiz Mustafayev Fondu, ANS Şirkətlər Qrupu və Şəki şəhəri icra hakimiyyətidir.

Digər xəbərlər