I Bakı Beynəlxalq Kitab Sərgisi sentyabrda keçiriləcək
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sözlərinə görə, sentyabrın 10-dan 12-dək paytaxtımızda keçiriləcək I Bakı Beynəlxalq Kitab Sərgisində artıq on ölkənin iştirakı təsdiqlənmişdir. Belə sərgilərin təşkili gələcəkdə Azərbaycanda kitab nəşri işinin inkişafına güclü təkan verəcək.
Əbülfəs Qarayev bildirmişdir ki, "Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009" layihəsi çərçivəsində keçiriləcək sərgidə digər ölkələrin nəşrləri ilə yanaşı, Azərbaycanda son illərdə çap olunmuş kitablar da nümayiş etdiriləcək.