PDF Oxu

Mədəniyyət

  • 7

Kris Yanq Yay Musiqi Festivalında iştirak edəcək

Kris Yanq Yay Musiqi Festivalında iştirak edəcək
ABŞ-ın tanınmış prodüsseri Kris Yanq Bakıya gəlib.
Avqustun 26-dan 31-dək davam edəcək səfər çərçivəsində amerikalı prodüsser "Platinum klub"da keçiriləcək Yay Musiqi Festivalında iştirak edəcəkdir. Festivalda bir ay davam edəcək "İzzy’s Gold Star" müsabiqəsinin açılışı da olacaq. Müsabiqənin formatında Rusiyanın MTV kanalının "Tı superzvezda" layihəsindən istifadə olunmuşdur. "İzzy’s Gold Production" şirkəti müsabiqənin qalibi ilə ABŞ-da birillik müqavilə imzalayacaqdır.
Qonaq, həmçinin, mətbuat konfransı keçirəcək, səfərinin məqsədi barədə geniş məlumat verəcək və mədəniyyət adamları ilə görüşəcəkdir.
Xatırladaq ki, 15 illik prodüserlik təcrübəsi olan Kris Yanq Ashlee Simpson, George Clinton, Wu Tang Clan, 50 Cent, Chrystal Method kimi tanınmış ulduzlarla çalışmışdır. O, həmçinin, "İzzy’s Gold" satış markasının yaradıcısıdır.

Digər xəbərlər