PDF Oxu

Mədəniyyət

  • 10

Heydər Əliyev Fondu Azərbaycan aşıqları haqda materialların toplanmasına və araşdırılmasına start verib

Heydər Əliyev Fondu Azərbaycan aşıqları haqda materialların toplanmasına və araşdırılmasına start verib
Heydər Əliyev Fondunun Azərbaycan mədəni irsinə göstərdiyi qayğı milli dəyərlərimizdən olan aşıq yaradıcılığından da yan keçməyib. Muğam aləminin bütün dünyada təbliğinin ardınca fond Azərbaycan aşıqları haqda materialların toplanmasına və araşdırılmasına start verib.  İrsi araşdırılan aşıq ədəbiyyatının görkəmli nümayəndələrindən biri də Şəkidə yaşayıb yaratmış Molla Cumadır.
1920-ci illərdə "11-ci Qızıl Ordu" adlanan bolşevik ordusu Şəki-Zaqatala regionunda da amansız sovetləşmə siyasəti icra edirdi. Bu siyasət imkan verirdi ki, kimi istəsələr sorğu-sualsız ya həbs etsin, ya da güllələsinlər. Molla Cuma da elə o vaxt həmin ilin may ayının 14-də doğulduğu Aşağı Layısqı kəndinin bir neçə kilometrliyində ermənilər tərəfindən qətlə yetirildi. Həmsərhəd Gürcüstan kəndi Səbətlidən olan ermənilər yaxşı bilirdilər ki, Molla Cuma bütöv bir mahalda nüfuzlu, savadlı el sənətkarıdır. Öz mənfur siyasətlərini burada da davam etdirən daşnaklar şura nümayəndələrinə Molla Cumanı sovet hökumətinin düşməni kimi təqdim edir, qətli də şəxsən özləri planlaşdırır. Molla Cumanı əmisi və əmisi uşaqlarını evlərindən mərkəzə çağırmaq adı ilə aparıb qılıncdan keçirirlər. Bir neçə gün sonra kənd camaatı meyitləri aşkarlayaraq, qətlin törədildiyi yerdən bir qədər aralı yolun kənarında onları torpağa tapşırır. Cinayətkarlar haqda isə 70 ildən çox vaxt ərzində bir kəlmə də olsun nə yazılıb, nə də danışılıb. Yalnız uzun illərdən sonra, 1989-cu ildə Şəki Mədəniyyət Fondu "Ocaq" cəmiyyətinin təşəbbüsü və ianələr hesabına el sənətkarının qəbir abidəsi ucaldılıb. Məhz o zaman sovetlər dönəmində "Ocaq" cəmiyyətinin sədri Nəsib Muxtarov Molla Cumanın ölümü haqda həqiqətləri də cəmiyyətə cəsarətlə bəyan etdi.
Bu gün Molla Cumanın doğulub boya-başa çatdığı kənddə ona məxsus evi də mövcuddur. 2 otaq və açıq eyvandan ibarət bu ev 1975-ci ildə bərpa olunub. Evin dağılıb getməməsi, daim yad olunması üçün otaqlardan birində kəndin kitabxanası yaradılıb. Kənd ağsaqqalları və ziyalıları bu evin muzeyə çevrilməsi üçün sənətkara məxsus əşyaların toplanaraq bura təqdim edilməsini istəyirlər. Bu il Molla Cumanın anadan olmasının 155 illiyidir. Kənd ziyalıları hesab edir ki, doğma dilindən başqa ərəb, fars dillərini də mükəmməl bilən Molla Cumanın fəlsəfi zəkası, dərin şeriyyəti onu ədəbi irsimizdə yer tutmağa imkan versə də hələ də həyatı və yaradıcılığı ilə bağlı mübahisəli məqamlar qalmaqdadır.

Digər xəbərlər