Azərbaycanda I foto və sənət düşərgəsi keçiriləcək
"İrəli" İctimai Birliyi və "Studio" bədii foto məktəbinin təşkilatçılığı ilə Azərbaycanda I foto və sənət düşərgəsi keçiriləcək. "İrəli" İB-nin mətbuat xidmətindən düşərgədə xüsusi istedada malik olan 40 fəal gənc iştirak edəcək. Avqustun 26-29-da Oğuz rayonunda keçiriləcək düşərgənin məqsədi sənət yönümlü gənclərə peşəkar təlimçilər tərəfindən təlimlərin keçirilməsi, kreativ gənclər şəbəkəsinin yaradılmasıdır.