PDF Oxu

Mədəniyyət

  • 7

“Uşaq və yeniyetmələr üçün Virtual Kitabxananın yaradılması” adlı kulturoloji layihə

“Uşaq və yeniyetmələr üçün Virtual Kitabxananın yaradılması” adlı kulturoloji layihə
Ölkəmizdə "Uşaq və yeniyetmələr üçün Virtual Kitabxananın yaradılması" adlı kulturoloji layihə hazırlanır. Bu, "VİRTUAL AZƏRBAYCAN" adlı Milli-Kulturoloji Layihənin bir hissəsidir. Layihə rəhbəri yazıçı-kulturoloq Aydın Əbilovun sözlərinə görə, ilkin mərhələdə uşaqlar üçün elektron kitabxana yaradılıb. Burada ən yeni ədəbiyyat nümunələri, dünya ədəbiyyatından tərcümələr, intellektual yazılar, şəbəkə əsərləri, yazarların rəngarəng blokları yer alıb. Milli Virtual Kitabxanada Azərbaycan, türk, rus, ingilis və başqa dillərdə elmi, tarixi, bədii, dini, ictimai-siyasi kitabların elektron variantını əldə etmək mümkündür. Saytdan yararlanmaq üçün kitabxana.net ünvanına daxil olub, qeydiyyatdan keçmək kifayətdir.

Digər xəbərlər