PDF Oxu

Mədəniyyət

  • 10

İslam ölkələri gənc klassik musiqi ifaçılarının müsabiqəsi

İslam ölkələri gənc klassik musiqi ifaçılarının müsabiqəsi
Kainat və Gənclik Mərkəzi "Bakı - İslam Mədəniyyəti Paytaxtı-2009" mədəniyyət ili çərçivəsində yeni layihə hazırlamışdır.
Mərkəzin direktoru Rahib Rəsulzadə bildirmişdir ki, layihə "İslam ölkələri gənc klassik musiqi ifaçılarının müsabiqəsi" adlanır. Müsabiqə üçün nəzərdə tutulmuş layihə artıq Gənclər və İdman Nazirliyinə təqdim olunmuşdur.
Sentyabr-noyabr aylarında keçiriləcək müsabiqədə Azərbaycan, Türkmənistan, Türkiyə və Qazaxıstandan olan nümayəndələr iştirak edəcəklər. Festivalda Misir, İran və bir çox ərəb ölkələrinin iştirakı da gözlənilir. Müsabiqədə 20 yaşınadək klassik skripka, viola, piano və bu kimi alətlərin ifaçıları iki musiqi nömrəsi ilə çıxış edəcəklər.Müsabiqədə Azərbaycan bəstəkarlarının əsərləri də səslənəcəkdir.

Digər xəbərlər