PDF Oxu

Mədəniyyət

  • 4

Təzə Alvadı kəndində maddi-mədəniyyət nümunələri aşkarlanıb

Təzə Alvadı kəndində maddi-mədəniyyət nümunələri aşkarlanıb
Masallı rayonunun Təzə Alvadı kəndində son tunc və ilk dəmir dövrlərinə aid qəbir və zəngin maddi-mədəniyyət nümunələri aşkar edilmişdir.
Azərbaycan Milli Elmər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu "Cənub-Şərqi Azərbaycanın arxeoloji tədqiqi" arxeoloji ekspedisiyasının rəhbəri Abuzər Ələkbərov bildirmişdir ki, torpaq qəbir Masallı rayonunun Təzə Alvadı kənd sakini Habil Zeyniyevin həyətində quyu qazılarkən 1,7 metr dərinlikdə aşkar edilmişdir.
Ekspedisiya rəhbərinin sözlərinə görə, uzunluğu 3 metr, eni 1,5 metr, dərinliyi 2 metr olan və eramızdan əvvəl XIV əsrdən bizim eranın 8-ci yüzilliyinədək olan dövrə aid bu qəbir sərkərdəyə məxsusdur.
Qazıntılar zamanı qəbirdə yeni arxeoloji materiallar - əsləhə, 2 xəncər, döyüş yabası, 80 santimetr uzunluqda qılınc, ox ucluqları, gildən müxtəlif formalı məişət qablarının qalıqları, cənazənin üst hissəsində isə 4 ədəd qızıl düymə aşkar edilmişdir. Qəbirdəki 10 santimetr qalınlığındakı kömür qalıqları isə cənazənin altında od qalanması ehtimalını irəli sürməyə əsas verir.
Yeni arxeoloji tapıntılar laboratoriya şəraitində müayinə edildikdən sonra onların tərkibini öyrənmək üçün analizlər və tədqiqat işləri aparılacaqdır.

Digər xəbərlər