Nizami Gəncəvinin doğum günü ilə əlaqədar anım günü keçirilib
Azərbaycanın böyük mütəfəkkir şairi Nizami Gəncəvinin doğum günü ilə əlaqədar şairin vətəni Gəncədəki Poeziya Teatrında dahi söz ustasının anım günü keçirilib.
Şəhər ziyalılarının, ədəbiyyat, elm, mədəniyyət və incəsənət xadimlərinin qatıldıqları tədbirdə çıxış edənlər dahi şairin irsinə müraciət etmiş, onun ölməz əsərlərindən nümunələr səsləndirmişlər.
Sənətşünaslıq namizədi Fərman Rzayevin "Nizami Gəncəvi və teatr" kitabının təqdimatından sonra Poeziya Teatrı aktyorlarının ifasında şairin əsərlərindən parçalar göstərilmişdir.
Anım mərasimi dahi şairin məzarını ziyarətlə başa çatmışdır.