PDF Oxu

Mədəniyyət

  • 13

Dünyaşöhrətli dirijor Azərbaycana köçəcək

Dünyaşöhrətli dirijor Azərbaycana köçəcək
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən verilən məlumata istinadən,  dünya şöhrətli dirijor və violonçel ifaçısı Dmitri Yablonski Azərbaycana köçəcək.
Bu barədə açıqlama verən Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli bildirib ki, hazırda Qəbələdə keçirilən Beynəlxalq Musiqi Festivalında iştirak edən Dmitri Yablonskinin bu qərarı qətidir.
Xatırladaq ki, Moskvada anadan olan D.Yablonski violonçeli 5 yaşından ifa etməyə başlamışdır. 9 yaşından artıq orkestrdə debüt etmiş tanınmış bəstəkar təhsilini Nyu-Yorkda davam etdirmişdir. Avropa, Asiya, Amerika ölkələrinin ən tanınmış konsert zallarında çıxış edən Dmitri Yablonski dünyanın bir çox ölkələrində simfonik orkestrlərə dirijorluq etmişdir. Onun idarə etdiyi konsertlərdə məşhur ulduzlar çıxış etmişdir. Bu günədək onun 50 kompakt diski işıq üzü görmüşdür.

Digər xəbərlər