Çikaqo şəhərində türk xalqlarının 3-cü ənənəvi Ümumdünya Festivalı keçiriləcək
Avqustun 15-16-da ABŞ-ın Çikaqo şəhərində türk xalqlarının 3-cü ənənəvi Ümumdünya Festivalı keçiriləcəkdir. Məqsəd Çikaqo sakinlərini, Aralıq dənizi, Balkan və Mərkəzi Asiya ölkələrinin zəngin mədəniyyəti, ənənələri ilə hərtərəfli tanış etməkdir.
Festivalda Azərbaycanın, Türkiyənin, Türkmənistanın, Özbəkistanın, Qazaxıstanın, Qırğızıstanın, Bosniya və Herseqovinanın mədəniyyətləri təqdim olunacaqdır.