PDF Oxu

Mədəniyyət

  • 6

Bakıda I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının keçirilir

Bakıda I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının keçirilir
Son illər Azərbaycan Respublikasında kitab nəşri və poliqrafiya məhsullarının istehsalı sahəsində müəyyən işlər görülmüş, dövlət tərəfindən sahənin inkişafına təkan verən işgüzar şərait yaradılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2004-cü ildən başlayaraq kiril əlifbasında çap edilmiş ədəbi, elmi əsərlər latın qrafikasında kütləvi tirajla nəşr edilmiş, təmənnasız olaraq dövlət kitabxanalarında yerləşdirilmişdir. Azərbaycanda nəşr olunan bədii - poliqrafik baxımdan əhəmiyyətli kitablar dünyanın məşhur beynəlxalq kitab sərgilərində nümayiş etdirilməkdədir. Azərbaycanda kitab nəşri və poliqrafiyanın daha da inkişaf etdirilməsi, nəşr olunmuş gərəkli çap məhsullarına kütləvi marağın təmin edilməsi, xarici ölkələrin nəşriyyatları ilə əlaqələrin qurulması, kitab mübadiləsi, ölkə nəşriyyatlarının satış və təbliğat imkanlarının genişlənməsi Azərbaycanda da beynəlxalq kitab sərgi yarmarkalarının keçirilməsini zərurətə çevirmişdir. Bununla əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyi Bakıda I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasını keçirir. Qeyd edim ki, sərgi-yarmarka Muzey Mərkəzində təşkil olunmuşdur. Nümayiş edilən ədəbiyyatlar bu mövzuları əhatə edir: sosial-iqtisadi-universal təbiət elmləri, xəritə və atlaslar kənd təsərrüfatı, tibb, texniki, psixologiya, bədən tərbiyəsi, pedaqoji və metodoloji, filologiya, dərsliklər, bədii, turizm nəşrləri, uşaq ədəbiyyatı, incəsənət, qrafik sənətlər, açıqcalar, musiqi, məktəb ləvazimatları, təqvimlər, bələdçilər və digər dəftərxana ləvazimatları, memarlıq və inşaat, lüğətlər, kompüter avadanlıqları.

Digər xəbərlər