PDF Oxu

Mədəniyyət

  • 12

II Dövlət Proqramı Azərbaycanda geoloji irs abidə və resurslarının qorunub saxlanması məqsədini daşıyır

II Dövlət Proqramı Azərbaycanda geoloji irs abidə və resurslarının qorunub saxlanması məqsədini daşıyır
AMEA-nın Geologiya İnstitutunda Xəzər dənizinin aerokosmik metodlarla öyrənilməsi məqsədi ilə yeni Dövlət Proqramı hazırlanır. İnstitutun direktoru, akademik A.Əlizadə bildirmişdir ki, 2007-ci ildən başlayaraq, institutun alimləri dövlət tərəfindən təsdiq olunan elmi-texniki proqramları uğurla icra edirlər. Yeni hazırlanan 4-cü proqram Xəzər dənizinin aerokosmik metodlarla öyrənilməsinə xidmət edəcəkdir. Geologiya İnstitutu bu sahədə ARDNŞ, Müdafiə Sənayesi Nazirliyi, Nazirliyin Kosmik Tədqiqatlar İnstitutu ilə əməkdaşlıq edəcəkdir. Əvvəlki 3 proqrama gəlincə, I proqram Xəzər dənizinin karbohidrogen ehtiyatları və dinamikası ilə bağlıdır. Artıq 2 ildir ki, həmin proqram üzərində iş gedir. Nəticədə alimlər Xəzər dənizinin karbohidrogen resurslarının modelini yaratmalıdır. Həmin model mövcud geodinamik vəziyyəti əks etdirəcəkdir. II Dövlət Proqramı Azərbaycanda geoloji irs abidə və resurslarının qorunub saxlanması və gələcək nəsillərə çatdırılması məqsədini daşıyır. Yekunda geoloji abidələrin saxlanma modeli müəyyən ediləcəkdir. 3-cü - "Yeni geotexnologiya" adlanan proqram filiz və qeyri-filiz yataqlarının təbiətə, ekologiyaya ziyan vurmadan istifadəsi və mənimsənilməsinə imkan yaradacaqdır. Hazırda institutun ekspedisiyası Azərbaycan yataqlarında təcrübə işi aparır.

Digər xəbərlər