PDF Oxu

Mədəniyyət

  • 2

Rafiq Babayevdən bəhs edən kitabın elektron versiyası

Rafiq Babayevdən bəhs edən kitabın elektron versiyası
Azərbaycanın tanınmış bəstəkarı və pianoçusu Rafiq Babayevdən bəhs edən kitabın elektron versiyası "beniz.az" saytında oxuculara həftədə iki dəfə təqdim ediləcəkdir. "Rafiq Babayev: mövzudan improvizəyə" adlı kitabı bəstəkarın qızı Fərizə Babayeva sənətşünas Rauf Fərhadovla birgə yazmışdır. Hazırda yalnız elektron versiyada təqdim olunan kitabda Rafiq Babayevin həyat və yaradıcılığı haqqında və ümumilikdə caz musiqisinə dair zəngin materiallar yerləşdirilmişdir.
Xatırladaq ki, Rafiq Babayev 1936-cı ildə Bakıda anadan olmuşdur. Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdən sonra ölkəmizi bir çox beynəlxalq festival və müsabiqələrdə uğurla təmsil etmişdir. O, Bakı Caz festivallarının keçirilməsinin təşəbbüskarıdır. Rafiq Babayev 20 ildən artıq Azərbaycanın ən tanınmış sənətçilərindən olan Rəşid Behbudovla birgə işləmişdir. Uzun illər Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərmiş, eyni zamanda, bəstəkar olaraq bir çox musiqi nömrələrinə imza atmışdır.
Xatırladaq ki, bəstəkar 1994-cü ildə ölkəmizdə törədilən terr or aktı zamanı metronun "20 Yanvar" stansiyasında baş verən məlum hadisə nəticəsində dünyasını dəyişmişdir.

Digər xəbərlər