PDF Oxu

Mədəniyyət

  • 10

Bədii Kukla Sərgisi

Bədii Kukla Sərgisi
Moskvada Rəssamların Mərkəzi Evinin dünyada məşhur "Vaxtanov" kukla qalereyasında ilk dəfə Azərbaycan və Rusiya təsviri sənət ustalarının birgə bədii kukla sərgisi açılacaq. Rəssamlar İttifaqının sədr müavini, əməkdar rəssam Ənvər Qarayevin verdiyi məlumata əsasən, sərginin açılış mərasimi avqustun 19-da olacaq. Qalereya Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Rəssamlar İttifaqının birgə təşkilatlığı ilə keçiriləcək. "Bakı küləyi" adlı layihənin rəhbəri Azərbaycanın əməkdar rəssamı Ənvər Qarayevdir.
Sərgidə tamaşaçılara iki ölkənin peşəkar rəssamlarının hazırladığı bədii kuklalar təqdim olunacaq. Sərgi iştirakçıları arasında Azərbaycan Rəssamlar İttifaqınin tanınmış üzvləri Mir Teymur Məmmədov, Elmira Abbaslı, Pərviz Hüseynov, İrina Qundorina və başqaları var.

Digər xəbərlər