PDF Oxu

Mədəniyyət

  • 5

“Dədə Qorqud” sənədli filminin çəkilişlərinə başlanılıb

“Dədə Qorqud” sənədli filminin çəkilişlərinə başlanılıb
Dədə Qorqud irsinin təbliğ olunması məqsədi ilə "Dədə Qorqud" sənədli filminin çəkilişlərinə başlanılıb.
Qeyd edək ki, filmin çəkilişlərini Qazaxıstanda fəaliyyət göstərən TÜRKSOY-a dəstək fondunun yaradıcı heyəti həyata keçirir.
Artıq Türkiyənin İstanbul, Trabzon və Ankara şəhərlərində filmin bir hissəsinin çəkilişləri başa çatdırılmışdır. Hazırda çəkilişlər Azərbaycanda davam etdirilir.
B.Barışbekovun rəhbərlik etdiyi 4 nəfərlik çəkiliş qrupu paytaxtımızda filmin müəyyən hissəsinin çəkilişlərini başa çatdırıb.
Yaradıcı heyət xalq yazıçısı Anar və Dədə Qorqud eposunu tədqiq edən alimlərlə görüşəndən sonra Naxçıvana yola düşəcəkdir. Filmdə Naxçıvanda Dədə Qorqudla bağlı tarixi abidələr və yerlər də əksini tapacaqdır.
Dədə Qorqud sənədli filmi gələn il YUNESKO-da keçiriləcək TÜRKSOY həftəsində nümayiş etdiriləcəkdir.

Digər xəbərlər