PDF Oxu

Mədəniyyət

  • 8

Bakı küləyi

Bakı küləyi
Avqustun 19-da Moskvada Rəssamların Mərkəzi Evinin dünyada məşhur "Vaxtanov" kukla qalereyasında ilk dəfə Azərbaycan və Rusiya təsviri sənət ustalarının birgə bədii kukla sərgisi açılacaqdır.
Qalereyanın, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən "Bakı küləyi" adlı layihənin rəhbəri Azərbaycanın əməkdar rəssamı, rəssamlar İttifaqının sədr müavini Ənvər Qarayevdir. Sərgidə tamaşaçılara iki ölkənin peşəkar rəssamlarının hazırladığı bədii kuklalar təqdim olunacaqdır.
Qeyd edək ki, sərgi iştirakçıları arasında Azərbaycan Rəssamlar İttifaqının tanınmış üzvləri Mir Teymur Məmmədov, Elmira Abbaslı, Pərviz Hüseynov, İrina Qundorina və başqaları vardır. Onların hazırladıqları kuklalar təkcə ölkəmizdə deyil, xaricdə də özünə xeyli pərəstişkar toplamışdır.

Digər xəbərlər