“Bu günün nəsri və poeziyası” adlı antologiya
Leypsiq şəhərində yerləşən Almaniya Milli Dövlət Kitabxanası bu ölkədə yaşayıb yaradan həmyerlimiz yazıçı-tədqiqatçı Nuridə Atəşinin Almaniyada və Azərbaycanda çap olunmuş kitablarını kataloqlaşdırmışdır. Kataloqa müəllifin 15 kitabı, müxtəlif antologiyalarda yer almış əsərləri, həmçinin, tədqiqat nümunələri daxildir.
Klassik Azərbaycan ədəbiyyatının "Pərvanə və Şam" adlı antologiyasını məşhur alman sairi Jan Veinertlə bərabər ötən ilin sonunda Almaniyanın tanınmış "Mattes& Seitz" nəşriyyatında buraxıldıqdan sonra şairə alman ədəbi dairələrinin diqqətini daha da cəlb etmişdir. O, K.Fiser nəşriyyatından alman dilində seçilmiş əsərlərindən ibarət kitabını çap etdirmək təklifini almışdır. "Od qızı" adlı şeirlər kitabı ötən ay "Deutsche Lyrik Verlag" nəşriyyatı tərəfindən nəfis tərtibatla işıq üzü görmüşdür.
Bundan başqa, K.Fişer nəşriyyatı "Bu günün nəsri və poeziyası" adlı 537 səhifəlik antologiyasına azərbaycanlı şairənin 5 əsərini və geniş bioqrafiyasını daxil etmişdir.
Ümumiyyətlə, dünya şöhrətli yazıçı Məhəmməd Əsəd bəydən sonra Nuridə Atəşi alman dilində yazan və alman ədəbiyyatında özünə yer edən ikinci Azərbaycan yazıçısıdır.