PDF Oxu

Mədəniyyət

  • 10

Gənc Pianoçuların Beynəlxalq Müsabiqəsinin qalibi

Gənc Pianoçuların Beynəlxalq Müsabiqəsinin qalibi
Bakı şəhər Rauf Hacıyev adına 15 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi Kamil Həsənov Suriya Ərəb Respublikasının Dəməşq şəhərində keçirilmiş Solhi Al Vadi adına Gənc Pianoçuların Beynəlxalq müsabiqəsində iştirak etmişdir.
Azərbaycan, Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmirlikləri, Bosniya və Hersoqovina, Çin, Kanada, Suriya, Tunis və Ermənistandan 60-dan çox gənc pianoçunun iştirak etdiyi müsabiqədə Kamil Həsənov ölkəmizin yeganə təmsilçisi olmuşdur. O, bu yüksək forumda uğurlu çıxış nümayiş etdirmiş, 3-cü yer tutaraq müsabiqənin laureatı adına və pul mükafatına layiq görülmüşdür. Gənc pianoçu Kamil Həsənov Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasındakı Səfirliyində qəbul edilmiş və qiymətli hədiyyə ilə mükafatlandırılmışdır.
Qeyd etmək lazımdır ki, bu qələbə gənc pianoçunun ilk nailiyyəti deyildir. Kamil Həsənov cari ilin may ayında Gürcüstanın Tbilisi şəhərində keçirilmiş Gənc Pianoçuların Beynəlxalq Müsabiqəsində də müvəffəqiyyətlə çıxış edərək müsabiqənin laureatı adına və bürünc medala layiq görülmüşdür.

Digər xəbərlər