PDF Oxu

Mədəniyyət

  • 8

“Mavi dənizin sahilində” filmi ilə Azərbaycanda səsli kinoların istehsalına başlanıldı

“Mavi dənizin sahilində” filmi ilə Azərbaycanda səsli kinoların istehsalına başlanıldı
30-cu illərin əvvələrində mövzusu müasir həyatdan alınmış, məişəti bədii şəkildə təsvir edən, eləcə də, tarixi-inqilabi mövzulu filmlər çəkilirdi. "Lətif", "İsmət", "Almaz" və "Yeni horizont" və s. bu məzmunlu filmlərdəndir. 1935-ci ildə "Azərfilm"in Moskvanın "Mejraypromfilm" kinostudiyası ilə birgə yaratdığı "Mavi dənizin sahilində" bədii filmi ilə Azərbaycanda səsli kino əsərlərinin istehsalına başlanıldı. 1936-1941-ci illərdə ekranlara 10-dan çox səsli film buraxılmışdır. Səsli kinonun yaranması ilə sənədli kinonun da yaradıcı imkanları genişləndi. "Adlı-sanlı Azərbaycan" birhissəli sənədli xronika kinoalmanaxında ilk dəfə olaraq diktor mətni oçerkin qəhrəmanlarının çıxışı ilə sinxron verilmişdir. 1939-cu ildən "Azərbaycan ekranı" kinojurnalı "Ordenli Azərbaycan" adı altında çıxmağa başladı. 30-cu illərin səssiz filmlərindən tammetrajlı "Şərqə yol", "Azərbaycan incəsənəti" filmləri diqqətə layiqdir.

Digər xəbərlər