PDF Oxu

Mədəniyyət

  • 6

Azərbaycanla Türkiyə arasındakı mədəni əlaqələr

Azərbaycanla Türkiyə arasındakı mədəni əlaqələr
Azərbaycan dünya xalqlarının ədəbiyyatını əxz etməklə bərabər milli sənət nümunələrimizi xarici ölkələrin kitabsevərlərinə təqdim etməklə öz milli irsini nümayiş etdirmiş olur. Zəngin ədəbiyyat nümunələrimiz irqindən, dinindən asılı olmayaraq, hər bir xalqın yaradıcı nümayəndələrinin diqqətində olduğundan həmin əsərlər müxtəlif dillərə tərcümə edilir. Təbii ki, dünya xalqlarının dillərinə tərcümə edilən əsərlər Azərbaycan ədəbiyyatının mükəmməl nümunələri sırasında olan klassik irsimizdir. Qeyd edək ki, respublikamız müstəqillik əldə etdikdən sonra dünya dövlətləri ilə olan əlaqələr xalqların bir-birinə yaxınlaşması nəticəsində Azərbaycan ədəbiyyat nümunələri daha çox dünya ədəbiyyatı sırasında yer alır və mütəmadi olaraq bu əsərlərə müraciət edilir.
Türkiyə ilə Azərbaycan arasında olan mədəni, iqtisadi, sosial əlaqələr ölkələr arasında yaranmış körpünü daha da möhkəmləndirir və iki xalqın milli-mənəvi sərvətləri bir-birinə qarışaraq iki dövlət, bir millət olaraq geniş bir şəkildə təqdim edilir. Azərbaycan ədəbiyyatına böyük maraq göstərən yazıçı-tərcüməçi, publisist Yasemin Bayer də xalqımızı təmsil edən yaradıcı simalarını əsərlərini böyük sevgi ilə Türkiyə türkcəsinə tərcümə edərək mənəvi rahatlıq tapır. Onun dediyinə görə, Azərbaycan ədəbiyyatına olan maraq hissi məhz iki xalqın bir dinə, bir dilə mənsub olması ilə bağlıdır. Azərbaycan ədəbiyyatının zənginliyi, nəsr üslubunun orijinallığı Yasemin xanımın bu irsə olan maraq hissini daha da artırmışdır. Qeyd edim ki, yazıçının tərcümə etdiyi əsərlər, eləcə də, yazdığı nümunələr həm Bakıda, həm də Türkiyədə çap edilir. O, Türkiyə Cümhuriyyətinin banisi hesab olunan Mustafa Kamal Atatürkün özünün qələmə aldığı lNitq"in minüatür kitab olaraq üç cilddə nəşr etdirib, Azərbaycan Minüatür Kitab Muzeyinə hədiyyə olunub. 1919-cu il 19 may tarixindən başlayaraq Türkiyənin bütün orta təhsil məktəblərində bu kitab bir dərslik kimi tədris edilir. Həmin nümunədə Atatürkün qələmə aldığı qurtuluş savaşından, Türkiyə Cümhuriyyətinin yaranmasından bəhs olunur. Bu əsər türk dünyası üçün ölməz bir sənət nüümunəsidir. Orta məktəb şagirdləri gələcəyin vətəndaşı olaraq bu kitabdan çox böyük dəyərlər əldə edirlər. Həmin əsər alman, ingilis, fransız və rus dilinə tərcümə edilərək çap edilmişdir. 735 səhifədən ibarət olan kitabın 350 səhifəsi rəsmi sənədlərə söykənən faktlar əsasında qələmə almışdır. Bu əsər türk dünyasının böyük bir tarixini özündə yaşadır.
Yasemin Bayerin Azərbaycan ümummilli lider Heydər Əliyevin şəxsiyyəti və fəaliyyəti ilə bağlı olan dəyərli əsərlərdən birini də türk dilinə tərcümə etməklə türk oxucusunun bir daha Azərbaycan xalqının qurucusu, lideri ilə tanış edib. Bu, Hüseynbala Mirələmov və Viktor Andreyevin lGörkəmli adamların həyatı" kitabıdır. Həmin əsərin təqdimatı İstanbul şəhərində keçirilib. Yasemin xanımın sözlərinə görə, tərcüməçilik fəaliyyətinə başladığı dövr ərzində lAzərbaycan nağılları"nı türk dilinə çevirərək, Azərbaycan xalqının folklor nümunəsini ilk dəfə olaraq, Türkiyə xalqına təqdim etmişdir. Bu kitabın 200 ədədi Türkiyə Mədəniyyət Nazirliyi tərəfindən alınaraq orta məktəb kitabxanalarına paylanılmışdır. Artıq orta məktəblərdə lAzərbaycan nağılları"ı mütaliə olunur. Hüseynbala Mirələmovun lGəlinlik paltarı" Yasemin Bayerin Azərbaycan ədəbiyyatından olan növbəti tərcümələrindən biridir. Atatürk Mərkəzinin direktoru, Milli Məclisin Mədəniyyət Məsələləri üzrə Komitənin sədri, professor Nizami Cəfərovun lKlassiklərdən müasirlərə" elmi əsəri Türkiyə türkcəsinə tərcümə olunaraq böyük bir sənət nümunəsini ortaya qoya bilmişdir. Bu əsər Türkiyə Böyük Millət Məclisinin Kitabxanasının fonduna xüsusi nümunə kimi daxil edilib. lXəzərin sahilində yerlə göy" kitabı isə bir məcmuə olaraq bir çox sənətkarların əsərlərini özündə ehtiva edir. Nümunəyə İsmayıl Şıxlının, Anarın, Elçinin, Əkrəm Əylislinin, Kamal Abdullanın, Mövlud Süleymanlının, Sabir Rüstəmxanlının, Rəşad Məcidin və eləcə də, gənc yazıçıların əsərləri toplanmışdır. Kitabın üz səhifəsində Azərbaycan rəssamı Məhəmməd Orucovun "Köhnə Bakı" tablosu təsvir edilmişdir.
Məlum olduğu kimi, son günlərdə xalq yazıçısı İsmayıl Şıxlının"lDəli Kür" əsəri türk dilinə tərcümə edilərək, geniş oxucu kütləsinə təqdim edilmişdir. Yaxın zamanlarda isə İsmayıl Şıxlının "Ölüləri qəbristanlıqda basdırsınlar" əsərini oxucuların ixtiyarına verəcəkdir. Bütün bunlarla yanaşı, Azərbaycanla olan əlaqəsinin nəticəsində, o, tədris müəssisələrində belə mühazirələr oxumağa dəvət olunur. Belə ki, Bakı Slavyan Universitetinin jurnalistika kafedrasında, eləcə də, Türkiyə Araşdırmaları Mərkəzində müasir türk ədəbiyyatı kafedrası"nda pedaqoji fəaliyyət göstərir. Yasemin Bayerin Azərbaycan ədəbiyyatına bağlılığı növbəti tərcümələrdə daha da parlaq görünəcəkdir.

Digər xəbərlər