PDF Oxu

Mədəniyyət

  • 10

Milli Kino Gününə həsr

Milli Kino Gününə həsr
Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2000-ci il tarixli Sərəncamına əsasən hər il avqustun 2-də Milli Kino Günü qeyd edilir. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata istinadən, bu il Milli Kino Gününə həsr olunmuş bədii axşam 31 iyul 2009-cu il tarixdə saat 17.00-da Heydər Əliyev Sarayında keçiriləcək. Rəsmi hissədən və təbriklərdən sonra "Cavad xan" filmi nümayiş olunacaq.
"Cavad xan" bədii filmi Azərbaycan tarixinin ən şərəfli səhifələrindən birinə həsr olunub. 18-ci əsrin axırlarında zəifləmiş Səfəvi məmləkəti bir neçə xanlıqlara bölünmüşdü. Gəncə xanı Cavad xan torpağı qorudu və işğala qarşı döyüşə çıxdı. Filmin ssenari müəllifi Sabir Rüstəmxanlı, quruluşçu rejissoru Rövşən Almuradlı, quruluşçu operatoru Məhəmməd Məcidi, bəstəkarı Sərdar Fərəcov, quruluşçu rəssamları Rafis İsmayılov, Rafiq Nəsirov, prodüseri Heydər Dadaşovdur. Cavad xan rolunda Nurəddin Mehdixanlı, rollarda Amalya Pənahova, Ramiz Novruz, Rafiq Əzimov, Salam İsmayılov, Nuriyyə Hüseynova, Rövşən Kərimdux, Qabil Quliyevdir.

Digər xəbərlər